Dost dar gündə tanınar.

A friend in need is a friend indeed. / It is at moments of need that one learns who one’s friends are. / Cf. Calamity is man’s true touchstone. / Prosperity makes friends, and adversity tries them. Без беды друга не узнаешь. / Друг познаётся при рати да при беде. / Коня в рати узнаешь, а друга в беде. / Друзья познаются в беде (в несчастье).
dor dibindən qaçan*
Dost dosta tən gərək, tən olmasa - gen gərək.
OBASTAN VİKİ
Dost
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
Dar dərələr
Dar dərələr- Belə dərələrə Təngi tipli dərələr də deyilir.Bu tip dərələrin əsas xüsusiyyəti ondan ibarətdir ki,onlar dar olmaqla yanaşı nisbətən böyük yamaclara malikdirlər.Yamacların meyl bucağı bəzi hallarda 700-800,hətta 900 də çata bilər.Belə dərələrdə əsasən dərinlik və ya dib eroziyası hökm sürdüyündən onlar dərin olur.Digər tərəfdən suyun maksimal sürəti ilə əlaqədar olaraq bu dərələrdə müşahidə edilən süxur qırıntıları əsasən ölçüsünə görə iri olur.Belə dərələrin əmələ gəlməsində çöküntülərin fiziki xassələrinin böyük əhəmiyyəti vardır.Əgər həmin ərazidə nisbətən suda tez həll olan (məsələn:əhəngdaşı) süxurlar vardırsa,həmin dərənin əmələgəlməsi üçün əlverişli şərait yaranır.Digər tərəfdən böyük su keçiriciliyə malik olan çöküntülər(qum və qumdaşı) şaquli istiqamətdə daha tez yuyularaq,belə dərə tipinin əmələ gəlməsinə səbəb olur.Bu dərələr əsasən dağ silsilələrində müşahidə olunur.Məsələn:Qafqaz,Alp,Pamir,Himalay və s.
Əd-Dar
Əd-Dar (ər. الضار) — Allahın adlarından biri.
Yaxşı gündə, pis gündə (teleserial, 2020)
"Yaxşı gündə, pis gündə" serialı — Barış Ərçətinin reijssorluğunu etdiyi, Aksel Bonfil və Pelin Karamehmetoğlunun ssenarisini birgə qələmə aldıqları 2020 Türkiyə komediya serialıdır. Leyla (Elçin Sangu) sevdiyi adamla evlənəcəyi gün şadlıq sarayında tərk edilməyinin acısını yaşayır. Hələ bu bəs deyilmiş kimi, Leyla sevdiyi Sarpın (Mehmet Ozan Dolunay) Melisa (Yasəmən Allen) ilə olan evliliyini də planlaşdırmaq məcburiyyətində qalır. Elçin Sangu — Leyla Mehmet Ozan Dolunay — Sarp Yasəmən Allen — Melisa Şənay Gürlər Dərya Alabora Nərgiz Qumbasar Hakan Salınmış Sinan Albayraq Əli Yağçı Dəniz Işın Tuqay Ərdoğan Elçin Sangunun dizisinden ilk kare 10 iyul 2020 qaynağından arxivləndi.
DOST Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Dost Məhəmməd
Dost Məhəmməd — ad. Dost Məhəmməd (siyasətçi) — Pakistan siyasətçisi. Dost Məhəmməd xan Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Dost TV
«Dost TV» — Türkiyə özəl telekanalı. Telekanal 2005-ci ildə Ankara şəhərində təsis edilib və dini mövzuları əhatə edən verilişlər, filmlər və teleseriallar yayımlayır.
Dost atəşi
Dost atəşi (ing. friendly fire) — hərbi birliyin öz qüvvələrinə və ya müttəfiq qüvvələr üzərinə açdığı atəş. Səhvlər və istənməyən inkişaflar, hədəf alınan düşmən yerinə səhvən dost hədəflərin vurulmasına səbəb ola bilər.
Sadiq dost
Sadiq dost (ing. The Devoted Friend) — görkəmli irland yazıçısı Oskar Vayld tərəfindən yazılmış nağıl.Nağıl ilk dəfə 1888-ci ildə "Xoşbəxt şahzadə və digər nağıllar" antologiyasında nəşr edilib.Antologiyaya "Sadiq dost"dan başqa "Bülbül və qızılgül", "Eqoist nəhəng", "Görkəmli raket" nağılları da daxildir. Bir çox əsərlərin müəllifi Oskar Uayldı ən çox məşhurlaşdıran onun nağıllları olmuşdur. Kiçikhəcmli əsərlərin adi dialoqlarında belə böyük mətləblər ifadə etmək bacarığı, humanizm, ədalətsizliyə və amansızlığa qarşı üsyankarlıq,onları ifşa etmək onun yaradıcılığının əsas məziyyətlərindəndir.Bu məqamda demək olar ki, bu nağılda bədii gülüş aparıcıdır. Əlbəttə ki, bu gülüş ironiya, kinayə olub insanlardan istifadə edən, hər cür əliaçıqlığa, sədaqətə, dostluğa yad olan insanlaradır.
Ölümcül dost
Ölümcül dost (ing. Deadly Friend) — 1986-cı ildə ABŞ-də istehsal olunmuş və Dayana Henstellin "Dost" romanının əsasında çəkilmiş elmi fantastika filmidir. Film "Frankenşteyn" filmlərinin yenisinə bənzəyir. Bu film Ues Kreyvenin Qarağac küçəsində qarabasma filmindən sonra çəkdiyi ən yaxşı filmidir. Filmdə robotun səsini "Qarağac küçəsində qarabasma" filmində Həkim Kinq rolunu canlandıran Çarlz Fleyşer səsləndirir. Filmin seçilmiş sitatları aşağıdakılardır: O sənsiz yaşaya bilmir (ing. She can't live without you) Bəzi insanlara yalnız ölmək yaxşıdır (ing. Some people are just better off dead) Kim qonşuluqdakı qızla oynayır, orada sağ qalan yoxdur (ing. There's no one alive who'll play with the girl next door) Auditoriyada sizi tutan zaman dostunuzu əvvəlcədən götürün! (ing.
Dar-əs-Salam
Dar-əs-Salam (suah. Dar es Salaam; ərəb. دار السلام‎, Dār as-Salām — Sülh evi) — Tanzaniyanın ən iri şəhəri və iqtisadi mərkəzi. Dar əs Salam regionunun mərkəzi. Əhalisi 2,5 milyon nəfərdir (2003). Afrika qitəsinin şərq hissəsində, Hind okeanı sahində yerləşi. Afrikanın və Tanzaniyanın ən iri portlarından sayılır. Ölkənin keçmiş paytaxtı olsa da orada hal-hazıradək mərkəzi hakimiyyət orqanları yerləşir.
Dar Emtedade Şab
Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Dar əs Salam
Dar-əs-Salam (suah. Dar es Salaam; ərəb. دار السلام‎, Dār as-Salām — Sülh evi) — Tanzaniyanın ən iri şəhəri və iqtisadi mərkəzi. Dar əs Salam regionunun mərkəzi. Əhalisi 2,5 milyon nəfərdir (2003). Afrika qitəsinin şərq hissəsində, Hind okeanı sahində yerləşi. Afrikanın və Tanzaniyanın ən iri portlarından sayılır. Ölkənin keçmiş paytaxtı olsa da orada hal-hazıradək mərkəzi hakimiyyət orqanları yerləşir.
Dost Məhəmməd xan
Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Dost süni intellekt
Dost süni intellekt — bəşəriyyətə müsbət (zərərsiz) təsir göstərəcək və ya ən azı insan maraqları ilə üst-üstə düşəcək və ya insan növünün təkmilləşdirilməsinə töhfə verəcək hipotetik süni ümumi intellekt. Bu, süni intellekt etikasının bir hissəsidir və maşın etikası ilə sıx əlaqəlidir. Maşın etikası süni intellekt agentinin necə davranması ilə məşğul olsa da, dost süni intellekt araşdırmaları bu davranışı praktik olaraq necə həyata keçirməyə və onun adekvat şəkildə məhdudlaşdırılmasını təmin etməyə yönəlib. Bu termin insani dəyərləri etibarlı şəkildə həyata keçirən superintellekt süni agentləri müzakirə etmək ideyasını populyarlaşdırması ilə tanınan Eliezer Yudkovski tərəfindən icad edilmişdir. Stüart Rassel və Piter Norviqin aparıcı süni intellekt kitabı olan "Süni intellekt: Müasir yanaşma" ideyanı belə təsvir edir: "Dost" bu kontekstdə texniki terminologiya kimi istifadə olunur və danışıq mənasında "dost" olanları deyil, təhlükəsiz və faydalı agentləri seçir. Konsepsiya ilk növbədə zəkada sürətlə partlayan rekursiv şəkildə özünü təkmilləşdirən süni agentlərin müzakirələri kontekstində, bu hipotetik texnologiyanın insan cəmiyyətinə böyük, sürətli və idarə olunması çətin təsir göstərəcəyinə əsaslanaraq istifadə olunur. Yudkowsky, E. Artificial Intelligence as a Positive and Negative Factor in Global Risk. In Global Catastrophic Risks, Oxford University Press, 2008.Discusses Artificial Intelligence from the perspective of Existential risk. In particular, Sections 1-4 give background to the definition of Friendly AI in Section 5. Section 6 gives two classes of mistakes (technical and philosophical) which would both lead to the accidental creation of non-Friendly AIs.
Dar ağacı üzərində sağsağan
Dar ağacı üzərində sağsağan (nid. De ekster op de galg) — Flamand rəssam Pieter Brueghelin rəsm əsəridir. 1568-ci ildə ağac üzərində yağlı boya ilə işlənmişdir. Darmştadtda yerləşən Gessen Landes muzeyində sərgilənir. Şəklin mərkəzində üzərində sağsağan oturmuş dar ağacı yerləşmişdir. Quş böhtana və xəyanətə aparan boşboğazlığı təcəssüm edir. Ehtimal ki, Kəndlilərin dar ağacının altında rəqs edən obrazları "Dar ağacına gedən yollar şən çəmənliklər vasitəsilə keçir" Flamand atalar sözünə işarədir. Şəkil Breygelin (1525/30 — 1569) yaradıcılığının son dövrlərinə təsadüf edir. Şəkil Breygelin ölümünə 1 il qalmış çəkilmişdir. Rəssam işi yüksək qiymətləndirmiş və onu öz arvadı Meyken Kuka vəsiyyət etmişdir.
Dost Məhəmməd (Moğolustan xanı)
Dost Məhəmməd xan (Uyğurca: دوست‌محمد خان‎); 1440—1469) — Moğolustan hakimi, Əsən Buğa xanın oğlu. Atası Əsən Buğa xan Sultan Üveys xan oğlu 1462-ci ildə vəfat edəndən sonra hakimiyyətə yiyələndi. Onun Moğolustan taxtına əyləşməsində Duqlat tayfasının böyük yardımı olmuşdu. Dostməhəmməd xan 1469-cu ildə vəfat etdi. Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257-264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз.
Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Ölümcül dost (film, 1986)
Ölümcül dost (ing. Deadly Friend) — 1986-cı ildə ABŞ-də istehsal olunmuş və Dayana Henstellin "Dost" romanının əsasında çəkilmiş elmi fantastika filmidir. Film "Frankenşteyn" filmlərinin yenisinə bənzəyir. Bu film Ues Kreyvenin Qarağac küçəsində qarabasma filmindən sonra çəkdiyi ən yaxşı filmidir. Filmdə robotun səsini "Qarağac küçəsində qarabasma" filmində Həkim Kinq rolunu canlandıran Çarlz Fleyşer səsləndirir. Filmin seçilmiş sitatları aşağıdakılardır: O sənsiz yaşaya bilmir (ing. She can't live without you) Bəzi insanlara yalnız ölmək yaxşıdır (ing. Some people are just better off dead) Kim qonşuluqdakı qızla oynayır, orada sağ qalan yoxdur (ing. There's no one alive who'll play with the girl next door) Auditoriyada sizi tutan zaman dostunuzu əvvəlcədən götürün! (ing.
Əsl dost (film, 1959)
Filmdəki hadisələr Xəzər dənizinin sahilində balıqçılıq qəsəbəsində cərəyan edir. Kinolentin mərkəzində Fərmanla (Nodar Şaşıqoğlu) Əsədin (Müxlis Cənizadə) taleyi durur. Uşaqlıq dostları vaxtilə məktəbə bir yerdə getmiş, orduda bir yerdə xidmət etmiş, hətta doğma qəsəbəyə də birlikdə qayıtmışlar. Filmdə dostların başına gələn qəzadan danışılır. Film aktrisa Elmira Şabanovanın kinoda ilk işidir. Ssenari müəllifi : İmran Qasımov Quruluşçu rejissor : Tofiq Tağızadə Quruluşçu operator : Rasim Ocaqov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Qara Qarayev Rejissor : Rüfət Şabanov Səs operatoru : İlya Ozerski Geyim rəssamı : Elbəy Rzaquliyev Qrim rəssamı : Y. Belyanskaya Montaj edən : Yevgeniya Abdirkina Filmin direktoru : V. Dudiyev Quraşdırılmış səhnələrin operatoru : Vladimir Zbudski Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev Çalır : Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri Dirijor : Niyazi Rejissor köməkçisi : Eldar Quliyev (titrlərdə yoxdur) Nodar Şaşıqoğlu – Fərman Müxlis Cənizadə – Əsəd Tamilla Ağamirova – Bilqeyis Semyon Sokolovski – Cəlil Mərziyyə Davudova – Sənəm R. Süleymanova – İsmət Kima Məmmədova – Ruqiyyə İsmayıl Osmanlı – Şirəli Anatoli Falkoviç – Kremen O. Şevtsova – Praskovya Fateh Fətullayev – müstəntiq Əzizə Məmmədova – Şirəlinin arvadı Bahadur Əliyev – Fərmanın köməkçisi Ceyhun Mirzəyev – Fərmanın uşaqlığı Sadıq Hüseynov – gəmiçi Elmira Şabanova – Leyla Ş. Hacıyeva Leyla Rzayeva F. Sultanov Z. Ağayev Əkbər Fərzəliyev F. Naibov Törəxanım Zeynalova – qarı Ətayə Əliyeva-Ruqiyyə (Kima Məmmədova) (titrlərdə yoxdur) Əli Zeynalov-Fərman (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur) İsmayıl Əfəndiyev-Cəlil (Semyon Sokolovski) (titrlərdə yoxdur) Tofiq Tağızadə (kinorejissor). “Əlbir işləyək” //Ədəbiyyat və incəsənət.- 1959.- 3 yanvar. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Əziz dost (film, 2006)
"Məzməzə" — Asif Abramovun rejissoru olduğu 2006-cı ildə çəkilən 10 qısametrajlı bədii süjetdən ibarət olan Azərbaycan uşaq satirik kinojurnalıdır. Bütün süjetlərin bəstəkarı Vüqar Camalzadə, "Atama deyərəm" süjetindən başqa, digər bütün süjetlərin ssenaristi Müşfiq Hətəmov, operatoru isə Samir Həsənovdur. Hər bir süjet 3–8, ümumilikdə isə 38 dəqiqədən ibarətdir. Film dərsə qulaq asmayan dəcəl şagirdlərdən bəhs edir. Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Yusif Şəfiyev Bəstəkar: Vüqar Camalzadə Prodüser: Tural Məmmədov Aynur Məmmədova — müəllimə Taleh Səmədov — dəcəl Vimeo-da izlə Myvideo.az-da izlə Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Ruhəngiz Qasımova — nənə Mübariz Tağıyev — baba Murad Dadaşov — ata İranə İlkin — ana Cahid Məmmədov — uşaq YouTubeda izlə Filmdə anasını bulvarda itirən uşağın başına gələn əhvalat əks etdirilir. Kinosüjetdə uşaqlarına biganə yanaşan analar və televiziya kanallarındakı açıq-saçıqlığın uşaqların tərbiyəsini pozması tənqid edilir. Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov Könül Mehrəliyeva — ana Rəşid Əbdül Vahid — uşaq Günay İsmayılova — uşaq YouTubeda izlə Əzəli düşmən olan iki aktyor rol xatirinə bir-birilərinə əziz dost deyirlər. Hətta belə vəziyyətdə belə çəkiliş arası yapışırlar bir-birilərinin yaxasından. Bəzən böyüklərdə də belə olur. Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zumrad Muradov Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov İntiqam Soltan — rejissor Kərəm Sərxanoğlun — aktyor Kənan Sərxanoğlu (Kənan Quliyev kimi) — aktyor Vimeo-da izlə Film marşrut avtobuslarda pulyığan uşaqlardan bəhs edir.
Dost ilə birgə portret
Dost ilə birgə portret (it. Autoritratto con un amico) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Dost ilə birgə portret əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır. Tabloda təsvir olunan gənclərdən solda və ciddi bir formada düz baxan Rafael Santidir. Digər şəxsin kimliyi mübahisə doğurur. Bu şəxsin kimliyi haqqında olan fikirlərdən biri, onun Rafael Santinin şagirdi və ya köməkçisi olmasıdır. Lakin bu fikirlər öz təsdiqini tapmamışdır. Ən önəmli iddia isə bu şəxsin Rafael Santinin iki dostundan biri olmasıdır.
Dost Dosta Tən Gərək (2007)
Film siçanla pişiyin macəralarından bəhs edir Filmin ərsəyə gəlməsi üçün 20000 şəkil çəkilmişdir.
Dost Məhəmməd (Sistan və Bəlucistan)
Dost Məhəmməd — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Hirmənd şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,902 nəfər və 1,328 ailədən ibarət idi.
Dost Məhəmməd xan (Moğolustan xanı)